Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağstafada əhalinin tibbi müayinədən keçirilməsinə yaxşı hazırlıq görülüb

Ağstafada əhalinin tibbi müayinədən keçirilməsinə yaxşı hazırlıq görülüb

Ağstafa rayon mərkəzi xəstəxanasında yaradılmış həkim briqadası tərəfindən əhalinin kütləvi şəkildə növbəti tibbi müayinədən keçirilməsinə başlanılıb. Ölkə Prezidentinin tapşırığına əsasən fevralın 11-dən başlanan bu aksiyanın respublikanın hər yerində olduğu kimi, Ağstafa rayonunda da uğurla başa çatdırılması nəzərdə tutulub.   

Rayon icra hakimiyyəti başçısının Sərəncamı ilə xüsusi komissiya yaradılıb. Əhalinin növbəti tibbi müayinəsinin daha səmərəli təşkili üçün ayrıca qrafik tərtib olunub. Mərkəzi rayon xəstəxanasında yaradılmış həkim briqadası  müayinənin ilk günündən başlayaraq əhalini kütləvi şəkildə tibbi müayinədən keçirməyə başlayıb. Artıq dünən yüzlərlə rayon sakini tibbi müayinədən keçirilib. Xəstəliyi müəyyən edilmiş şəxslər müalicə olunmaq üçün aidiyyatı yerlərə istiqamətləndirilir.

Dövlət Başçısının əhalinin sağlamlığına göstərdiyi böyük diqqət və qayğısını yüksək qiymətləndirən rayon sakinləri xüsusi həvəslə, mütəşəkkil qaydada profilaktik tibbi müayinələrdən keçirlər. Ayrı-ayrı həkim otaqlarında eləcə də rentgen, ultrasəs müayinəsi kabinetlərində, labaratoriyada profilaktik müayinələrin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. 

Əhalinin kütləvi şəkildə tibbi müayinədən keçirilməsi may ayının 1-dək davam etdiriləcəkdir.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

12 2019 10:49 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin