Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abşeronda xalça emalatxanasının tikintisi davam etdirilir

Abşeronda xalça emalatxanasının tikintisi davam etdirilir

Ölkə Prezidenti cənab İlham Əliyevin 22 mart 2018-ci il tarixli sərəncamına əsasən dövlət büdcəsində əsaslı vəsait qoyuluşu xərclərindən Abşeron rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2 milyon manat vəsait ayrılmışdır. Bununla əlaqədar Qobu qəsəbəsi ərazisində 0.7 hektar ərazidə xalça istehsalı emalatxanasının tikinti işləri sürətlə davam etdirilir. Bu barədə “Abşeronxeber.az” saytı məlumat yayıb.


Vahid layihə əsasında inşa olunan xalça emalatxanası binasının sahəsi 1255 kvadratmetrdir. Burada 150 nəfər toxucunun, 12 nəfər inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün lazımi şərait yaradılacaq. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarət olacaq. Emalatxanalarda müxtəlif ölçülü 43 dəzgahda qədim çeşnilərimiz əsasında Azərbaycan xalçaları toxunulacaq.

 

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

31 2018 15:25 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə