Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 45     Bakı şəhəri, 11 fevral 2019-cu il


“Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 12 yanvar tarixli 8 nömrəli, “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli və “Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı” təsdiq edilsin (əlavə olunur).
2. “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 1, maddə 29, № 4, maddə 287; 2011, № 3, maddə 230, № 11, maddə 1069; 2012, № 4, maddə 387, № 8, maddə 823, № 12, maddə 1378; 2013, № 3, maddə 330; 2015, № 6, maddə 786; 2016, № 3, maddə 619; 2017, № 2, maddə 313, № 4, maddə 607, № 9, maddə 1734; 2018, № 3, maddə 610) 1-ci hissəsi ləğv edilsin.
3. “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 10, maddə 976; 2014, № 4, maddə 446; 2015, № 3, maddə 325; 2017, № 4, maddə 620, № 7, maddə 1500; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 noyabr tarixli 503 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
3.1. adında və 1-ci hissəsində “bakalavriat və magistratura səviyyələri” sözləri “magistratura səviyyəsi” sözləri ilə əvəz edilsin;
3.2. həmin Qərarla təsdiq edilmiş “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı” üzrə:
3.2.1. adında “bakalavriat və magistratura səviyyələri” sözləri “magistratura səviyyəsi” sözləri ilə əvəz edilsin;
3.2.2. “Bakalavriat səviyyəsi üzrə” bölməsi ləğv edilsin.
4. “Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 314 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1378; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 noyabr tarixli 480 nömrəli Qərarı) 1-ci hissəsi ləğv edilsin.
5. Bu Qərar 2019-cu il 15 sentyabr tarixindən qüvvəyə minir.

 

Novruz MƏMMƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 11 fevral

tarixli 45 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

 

Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların)

 

TƏSNİFATI

 

Sıra
№-si

İxtisasların (proqramların) şifri və adı

1

2

3

1. Təhsil ixtisasları qrupu

1.

050101

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

2.

050102

Biologiya müəllimliyi

3.

050103

Coğrafiya müəllimliyi

4.

050104

Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)

5.

050105

Fizika müəllimliyi

6.

050106

Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi

7.

050107

İbtidai sinif müəllimliyi

8.

050108

İnformatika müəllimliyi

9.

050109

Kimya müəllimliyi

10.

050110

Kimya və biologiya müəllimliyi

11.

050111

Korreksiyaedici təlim

12.

050112

Məktəbəqədər təhsil

13.

050113

Musiqi müəllimliyi

14.

050114

Riyaziyyat müəllimliyi

15.

050115

Riyaziyyat və informatika müəllimliyi

16.

050116

Tarix müəllimliyi

17.

050117

Tarix və coğrafiya müəllimliyi

18.

050118

Təhsildə sosial-psixoloji xidmət

1

2

3

19.

050119

Təsviri incəsənət müəllimliyi

20.

050120

Texnologiya müəllimliyi

21.

050121

Xarici dil müəllimliyi (dillər üzrə)

2. Humanitar və sosial ixtisaslar qrupu

22.

050201

Beynəlxalq münasibətlər

23.

050202

Dinşünaslıq

24.

050203

Dövlət və ictimai münasibətlər

25.

050204

Fəlsəfə

26.

050205

Filologiya (dil və ədəbiyyat göstərilməklə)

27.

050206

Hüquqşünaslıq

28.

050207

İşlamşünaslıq

29.

050208

Jurnalistika

30.

050209

Kitabxanaçılıq və informasiya fəaliyyəti

31.

050210

Politologiya

32.

050211

Psixologiya

33.

050212

Regionşünaslıq (regionlar üzrə)

34.

050213

Sosiologiya

35.

050214

Tarix

36.

050215

Tərcümə (dillər üzrə)

3. Mədəniyyət və incəsənət ixtisasları qrupu

37.

050301

Aktyor sənəti

38.

050302

Bədii yaradıcılıq və ekran dramaturgiyası

39.

050303

Bəstəkarlıq

40.

050304

Dekorativ-tətbiqi sənət (sahələr üzrə)

41.

050305

Dirijorluq (sahələr üzrə)

42.

050306

Dizayn (sahələr üzrə)

43.

050307

Heykəltəraşlıq

44.

050308

İnstrumental ifaçılıq (sahələr üzrə)

45.

050309

Musiqişünaslıq

46.

050310

Muzey, arxiv işi və abidələrin qorunması

47.

050311

Operator sənəti

1

2

3

48.

050312

Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)

49.

050313

Qrafika

50.

050314

Rejissorluq

51.

050315

Rəngkarlıq

52.

050316

Sənətşünaslıq (sahələr üzrə)

53.

050317

Vokal sənəti (sahələr üzrə)

54.

050318

Xoreoqrafiya sənəti (sahələr üzrə)

4. İqtisadiyyat və idarəetmə ixtisasları qrupu

55.

050401

Beynəlxalq ticarət və logistika

56.

050402

Biznesin idarə edilməsi

57.

050403

Davamlı inkişafın idarə edilməsi

58.

050404

Dövlət və bələdiyyə idarəetməsi

59.

050405

İqtisadiyyat

60.

050406

Maliyyə

61.

050407

Marketinq

62.

050408

Menecment

63.

050409

Mühasibat

64.

050410

Statistika

5. Təbiət ixtisasları qrupu

65.

050501

Biologiya

66.

050502

Biotexnologiya

67.

050503

Coğrafiya

68.

050504

Ekologiya

69.

050505

Fizika

70.

050506

Geologiya

71.

050507

Hidrometeorologiya

72.

050508

Kimya

73.

050509

Kompüter elmləri

74.

050510

Mexanika

75.

050511

Riyaziyyat

1

2

3

6. Texniki və texnoloji ixtisaslar qrupu

76.

050601

Aerokosmik mühəndislik

77.

050602

Aqromühəndislik

78.

050603

Aviasiya təhlükəsizliyi mühəndisliyi

79.

050604

Cihaz mühəndisliyi

80.

050605

Dəniz naviqasiyası mühəndisliyi

81.

050606

Ekologiya mühəndisliyi

82.

050607

Elektrik və elektronika mühəndisliyi

83.

050608

Energetika mühəndisliyi

84.

050609

Gəmi energetik qurğularının istismarı mühəndisliyi

85.

050610

Gəmiqayırma və gəmi təmiri mühəndisliyi

86.

050611

Geofizika mühəndisliyi

87.

050612

Geomatika və geodeziya mühəndisliyi

88.

050613

Hava nəqliyyatının hərəkətinin təşkili

89.

050614

Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

90.

050615

İnformasiya təhlükəsizliyi

91.

050616

İnformasiya texnologiyaları

92.

050617

İnşaat mühəndisliyi

93.

050618

Kimya mühəndisliyi

94.

050619

Kommunikasiya sistemləri mühəndisliyi

95.

050620

Kompüter mühəndisliyi

96.

050621

Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

97.

050622

Maşın mühəndisliyi

98.

050623

Materiallar mühəndisliyi

99.

050624

Mədən mühəndisliyi

100.

050625

Meliorasiya mühəndisliyi

101.

050626

Memarlıq

102.

050627

Metallurgiya mühəndisliyi

103.

050628

Mexanika mühəndisliyi

1

2

3

104.

050629

Mexatronika və robototexnika mühəndisliyi

105.

050630

Mühəndis fizikası

106.

050631

Neft-qaz mühəndisliyi

107.

050632

Nəqliyyat mühəndisliyi

108.

050633

Nəqliyyat tikintisi mühəndisliyi

109.

050634

Proseslərin avtomatlaşdırılması mühəndisliyi

110.

050635

Qida mühəndisliyi

111.

050636

Radiotexnika və telekommunikasiya mühəndisliyi

112.

050637

Şəhərsalma

113.

050638

Sənaye mühəndisliyi

114.

050639

Uçuş mühəndisliyi

115.

050640

Yanğın təhlükəsizliyi mühəndisliyi

7. Kənd təsərrüfatı ixtisasları qrupu

116.

050701

Aqronomluq

117.

050702

Bağçılıq və tərəvəzçilik

118.

050703

Balıqçılıq

119.

050704

Baytarlıq təbabəti

120.

050705

Bitki mühafizəsi 

121.

050706

Meşəçilik

122.

050707

Şərabçılıq

123.

050708

Su bioehtiyatları və akvakultura

124.

050709

Torpaqşünaslıq və aqrokimya

125.

050710

Yerquruluşu və daşınmaz əmlakın kadastrı

126.

050711

Zoomühəndislik

8. Səhiyyə, rifah və xidmət ixtisasları qrupu

127.

050801

Bədən tərbiyəsi və idmanda reabilitasiya

128.

050802

Əczaçılıq

129.

050803

Fizioterapiya və tibbi reabilitasiya

130.

050804

İdman menecmenti və kommunikasiya

131.

050805

Məşqçilik

1

2

3

132.

050806

Nəqliyyatda servis (nəqliyyat növləri üzrə)

133.

050807

Sosial iş

134.

050808

Tibb bacısı işi

135.

050809

Turizm bələdçiliyi

136.

050810

Turizm işinin təşkili

9. Əsas (baza ali) tibb təhsili üzrə ixtisaslar qrupu

137.

050901

Hərbi tibb

138.

050902

İctimai səhiyyə

139.

050903

Stomatologiya

140.

050904

Tibb

10. Xüsusi təyinatlı ixtisaslar qrupu

141.

XTB050101

Hərbi kompozisiya materialları mühəndisliyi

142.

XTB050102

Hərbi rabitə vasitələri mühəndisliyi

143.

XTB050103

Optotexnika mühəndisliyi

144.

XTB050104

Pirotexniki və partladıcı vasitələr mühəndisliyi

145.

XTB050105

Sərhəd təhlükəsizliyi və idarəetmə

146.

XTB050106

Silah və silah sistemləri mühəndisliyi

147.

XTB050107

Sistemlər mühəndisliyi

148.

XTB050108

İctimai təhlükəsizlik və idarəetmə

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin