Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Səthlərin nanostrukturlaşdırılması” monoqrafiyası çapdan çıxıb

“Səthlərin nanostrukturlaşdırılması” monoqrafiyası çapdan çıxıb

Azərbaycan alimləri – Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev və  Azərbaycan Milli Aviasiya Akademiyasının nəqliyyat mexanikası kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, texnika elmləri doktoru, professor Əhəd Canəhmədovun həmmüəllifləri olduqları “Səthlərin nanostrukturlaşdırılması” monoqrafiyası nəfis tərtibatda nəşr olunub. 
AZƏRTAC xəbər verir ki, əsər dörd bölümdən və ümumilikdə, 320 səhifədən ibarətdir. Monoqrafiyanın elmi redaktoru Beynəlxalq Mühəndislik Akademiyasının prezidenti, SSRİ və Rusiya Dövlət mükafatları laureatı akademik Boris Qusevdir.
Kitabda səth  qatlarının nanostrukturlaşdırma  prinsipləri və örtüklərin çəkilməsi məsələləri əksini tapıb. Həmçinin nanotexnologiya yanaşmalarının həyata keçirilməsinin bəzi  nümunələrinə baxılıb və onların təcrübədə istifadəsinin üstünlükləri göstərilib. Materialların səth qatlarının nanostrukturlaşdırma yolu ilə möhkəmləndirilməsinin yeni metodları, nanostrukturlu örtüklərin çəkilməsi, submikrokristallik  strukturun daxili sərhədlərin  bölünməsinin formalaşmasına baxılıb.
Metalların səthində nazik pərdələrin artmasının modelləşdirilməsi, fraktal metod yanaşmaları inkişaf etdirilib, büzmənin kinetikası təhlil edilib və nazik pərdələrin artmasının ədədi modelləşdirməsi  göstərilir.
Kitab bərk cismin mexanikası və plastiklik  və möhkəmlik fizikası, fiziki materialşünaslıq sahəsində çalışan elmi-texniki mütəxəssislər üçün nəzərdə tutulub, həmçinin müəllimlər, aspirantlar və ali təhsil müəssisələrinin yuxarı kurs  tələbələri üçün də faydalıdır.

11 2019 23:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin