Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Külli miqdarda aksiz markası olmayan siqaretin və spirtli içkinin realizə edilməsinin qarşısı alınıb

Külli miqdarda aksiz markası olmayan siqaretin və spirtli içkinin realizə edilməsinin qarşısı alınıb

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan  məlumatı əsasında  qanunsuz yolla gətirilən külli miqdarda siqaretin və spirtli içkinin realizə edilməsinin qarşısı alınıb.
Keçirilmiş əməliyyat nəticəsində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz E270 CDI” markalı, nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Avtomobilin tavanında, döşəməsində, təkərlərin içərisində və dişər yerlərində müxtəlif üsullardan istifadə etməklə gizlədilən,  aksiz markası ilə markalanmayan  9 min 580 ədəd “Marlboro Gold Edge” , 2 min ədəd “Parliament Carat”, 1000 ədəd “Marlboro Fine Touch” , 1000 ədəd “Milano London” , 600 ədəd “Malimbo one” , 1200 ədəd “Parliament Super Slims” , 400 ədəd “Parliament Aqua Blue” , 1400 ədəd  “Kent Silver” markalı,  ümumilikdə 17 min 180 ədəd siqaret və 4 ədəd 1 litrlik “Celsius” markalı  araq,  2 ədəd 1 litrlik “Black Ram” markalı viski aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

11 2019 23:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə