Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəlzələdən dərhal sonra Prezidentin Şamaxıya gəlməsi bərpa işlərinə dövlət yardımını təmin etdi

Zəlzələdən dərhal sonra Prezidentin Şamaxıya gəlməsi bərpa işlərinə dövlət yardımını təmin etdi

Fevralın 5-də Şamaxıda baş verən zəlzələdən sonra çaşqınlıq və həyəcan içərisində olan yerli sakinlərin Azərbaycan Prezidenti İlham Əliyevi öz yanlarında görmələri onlara böyük toxtaqlıq verib. Dövlət başçısının dağılan və zədələnən bütün evlərin yüksək səviyyədə təmir ediləcəyi və ya yenidən tikiləcəyi ilə bağlı onları əmin etməsi təkcə Şamaxıda deyil, ölkənin hər yerində böyük məmnunluqla qarşılanıb.
Evi tamamilə yararsız vəziyyətə düşmüş sakinlərdən bir neçəsi bu məsələyə münasibət bildirərkən dedilər: 
Vüqar TEYFUROV, Səttar Bəhlulzadə küçəsi 10:
– Zəlzələdən dərhal sonra rayon rəhbərliyinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəlib vəziyyəti öyrəndilər, hərtərəfli yoxlamalar apardılar və belə qərara gəldilər ki, bizim ev sökülüb yenidən tikilməlidir.
Sonra cənab Prezident Şamaxıya gəldi və dağılan evlərin tezliklə tikilib sakinlərə verilməsi barədə tapşırıq verdi. Artıq bu işə start verilib. Biz bu qayğıya görə möhtərəm Prezidentimizə minnətdarlığımızı bildiririk. 
Rasim HƏSƏNOV, Salman Mümtaz küçəsi 33: 
– Evi yararsız hala düşmüş digər sakinlər kimi, biz də artıq başqa yerdə – kirayədə yaşayırıq. Kirayə haqqımızı dövlət ödəyir. Bu məsələ bilavasitə Prezidentin diqqət mərkəzində olduğuna görə inanıram ki, evimiz tezliklə tikilib istifadəyə veriləcək. 
Mənzillərə dəyən zərərin qiymətləndirilməsində, hansı evin tamamilə sökülüb yenidən tikilməsi barədə qərar hazırlanmasında zəhməti olan qurumlara təşəkkürümüzü bildiririk. Təbii fəlakətdən dərhal sonra cənab Prezidenti yanımızda görməyimizin yaratdığı məmnunluğu isə ifadə edə bilmirəm. Allah onu qorusun!
Mailə QULİYEVA, Vəli Məmmədov küçəsi 7: 
– Dövlət başçımız İlham Əliyev zəlzələdən dərhal sonra bizə yardımçı olmaq üçün rayonumuza gəldi. Biz o qayğını heç zaman unuda bilməyəcəyik. İndi kirayədə yaşayırıq. Amma inanıram ki, dövlət təşkilatlarının səyləri nəticəsində evlərimiz tezliklə tikiləcək və biz yenə də öz evimizə qayıdacağıq. 
Lumu ƏHMƏDOVA, Hacı Məmmədov küçəsi 23: 
– Möhtərəm Prezidentimiz ­Prezident Şamaxıda bizimlə görüşərkən dedi ki, dağılmış evləri bərpa edəcəyik, yenidən tikəcəyik, müvafiq göstəriş verilmişdir. Bütün müraciətlər nəzərə alınır, evlərə baxış keçirilir. Harada ki, mümkündür, tikilib bərpa olunacaq. Harada ki, mümkün deyil, yeni ev tikiləcək. Dövlət bu işi öz üzərinə götürüb. 
Doğrudan da, artıq evlərimizin yenidən tikilməsinə start verilib. Üstəlik, kirayədə yaşamağımız üçün lazım olan bütün işlər də görülüb. Biz bu qayğı və diqqətə görə dövlət başçımıza minnətdarlığımızı bildiririk. 

 

İlqar HƏSƏNOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri

11 2019 23:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Aprel 2019 | 22:01
YANĞIN

Ən son xəbərləri səhifəmizdən də izləyin