Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qəbələ Suvarma Sistemləri İdarəsi 2019-cu ildə cari təmir işlərinin görülməsi üçün mal-materialların satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Qəbələ Suvarma Sistemləri İdarəsi 2019-cu ildə cari təmir işlərinin görülməsi üçün mal-materialların satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR
Tender 1 lot üzrə keçirilir.
 Lot-1. Cari təmir işlərinin görülməsi üçün mal-materialların, ehtiyat hissələrinin və sürtkü yağlarının satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər 60 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Qəbələ şəhəri, Əziz Əliyev küçəsi 12, Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs- Y.Nurməmmədovdan, telefon- 02420-35-2-46, 35-2-47) ala bilərlər.
Təşkilat- Qəbələ SSİ
H/h- AZ -64 CTRE 00000000000002351801
VÖEN- 4400142611
Bank- DXA
Kod- 210005
VÖEN- 1401555071
M/h- AZ 41 NABZ- 01360100000000003944
S.W.I.F.T. CTREAZ 22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 18 mart 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 2 aprel 2019-cu il saat 18.00-a qədər, Qəbələ şəhəri, Əziz Əliyev küçəsi 12, Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 3 aprel 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
 
 
Tender komissiyası
12 2019 02:59 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 Avqust 2019 | 02:26
B İ L D İ R İ Ş
16 Avqust 2019 | 12:34
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə