Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi 2019-cu il üçün AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi 2019-cu il üçün AÇIQ TENDER ELAN EDİR
Tender 2 lot üzrə keçirilir.
Lot - 1. Lisenziya, şəhadətnamə, sertifikat və qeydiyyat kitabçalarının hazırlanmasının satınalınması.
Lot - 2. İstehsalda istifadə olunmayan qeyri-maddi aktivlərin satınalınması (imtahan proqram təminatları və xüsusi lisenziyalar) .
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmış, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Bayıl qəsəbəsi Xanlar küçəsi 2B nömrəli ünvandan (əlaqələndirici şəxs- Vaqif Hüseynovdan, telefon- 497-44-05, daxili 110) ala bilərlər.
Tenderdə iştirak haqqı hər lot üçün 100 (yüz) manatdır.
Təşkilat- AR NRYTN yanında Dövlət Dəniz Agentliyi
AZ-1003. Bakı şəhəri, Bayıl qəsəbəsi, Xanlar küçəsi 2B, telefon- 497-44-05.
H/h- AZ63CTRE00000000000004428201
VÖEN- 1400872751
ABB –nin Nəsimi filialı
Kod- 805614
VÖEN- 9900001881
M/h- AZ03NABZO1350100000000002944
S.W.I.F.T. IBAZAZ 2X
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi; 
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra 30 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatı.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və sürəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
İddiaçılar tenderdə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və və bank zəmanəti istisna olmaqla) 18 mart 2019-cu il saat 15.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2 aprel 2019-cu il saat 15.00-a qədər təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 3 aprel 2019-cu il saat 10.00-da Dövlət Dəniz Agentliynin inzibati binasında açılacaqdır. 
İddiaçıların səlahiyyətli nümayəndələri vəkalətnamə ilə iştirak edə bilərlər.
 
 
Tender komissiyası
12 2019 02:56 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 Avqust 2019 | 02:26
B İ L D İ R İ Ş
16 Avqust 2019 | 12:34
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə