Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İmran XAN: Pakistanda əlverişli sərmayə mühiti yaradılıb

İmran XAN: Pakistanda əlverişli sərmayə mühiti yaradılıb

Dubayda keçirilən Ümumdünya Hökumət Sammitində (World Government Summit) iştirak edən Pakistanın Baş naziri İmran Xan bəyan edib ki, onun ölkəsində xarici investisiyalar üçün maksimum əlverişli şərait yaradılıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Baş nazir sammit iştirakçılarına müraciət edərək deyib: “Pakistan iqtisadiyyatına indi sərmayə yatırmaq məqamı yetişib, böyük səfərə başlayan gəmiyə özünüzü çatdırmağa çalışın!”. İ.Xanın sözlərinə görə, başçılıq etdiyi hökumətin uğurla həyata keçirdiyi islahatlar ölkənin sürətli iqtisadi inkişafı üçün etibarlı bünövrə yaradıb. 
Qeyd edək ki, Pakistanın baş naziri tədbir çərçivəsində Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard ilə görüşərək ölkəsinin fondla əməkdaşlığını gücləndirmək məqsədilə müzakirələr aparıb. 
Məlumat üçün bildirək ki, Ümumdünya Hökumət Sammiti Birləşmiş Ərəb Əmirliklərinin təşəbbüsü ilə ildə bir dəfə Dubayda keçirilir. Forumun məqsədi innovativ texnologiyalar sahəsində hökumətlərarası dialoqun nizamlanmasıdır. Budəfəki forumda 150-dən çox ölkədən yüksək vəzifəli rəsmi şəxslər və iri sahibkarlar, eləcə də beynəlxalq qurumların, o cümlədən BMT və BVF-nin nümayəndələri iştirak edirlər. 

 

M.HACIXANLI, “Xalq qəzeti” 

11 2019 22:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Aprel 2019 | 22:01
YANĞIN

Ən son xəbərləri səhifəmizdən də izləyin