Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ talibançılara qarşı hücumları artırıb

ABŞ talibançılara qarşı hücumları artırıb

ABŞ-ın Müdafiə Nazirliyi Əfqanıstanda Taliban hərəkatının liderlərinə və döyüşçülərinə qarşı aviazərbələri və xüsusi təyinatlıların hücumunu artırıb. Bu barədə Amerika KİV-ə istinadən RİA “Novosti” məlumat yayıb. 
Məlumata görə, aviazərbələr və xüsusi əməliyyatlar 2014-cü ildən bəri ən yüksək səviyyədə həyata keçirilir. Pentaqon məmurları bu əməliyyatları Talibana qarşı əlaqələndirilmiş hücumlar seriyası kimi xarakterizə ediblər. ABŞ mətbuatı hesab edir ki, Əfqanıstanda aparılan xüsusi əməliyyatlar amerikalı diplomatların danışıqlarda ­üstünlük qazanması üçün həyata keçirilir. 
Əfqan ordusunun iki yüksək vəzifəli hərbçisi bildirib ki, talibançılar danışıqlar zamanı aviazərbələrin çoxalmasından şikayətləniblər. Onların sözlərinə görə, keçən il ABŞ Əfqanıstan ekstremistlərini 7 min bomba, raket və digər silahlarla atəşə tutub. Bu isə 2014-cü ildəkindən 3 dəfə çoxdur. 
Əfqan hərbçiləri onu da bildiriblər ki, 2018-ci ilin sentyabrından bəri ABŞ Əfqanıstan ərazisinə 2,1 min aviazərbə və artilleriya zərbəsi endirib. Həmin vaxtdan bu ilin fevralına qədərki müddətdə isə Amerika və əfqan xüsusi təyinatlıları keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çox birgə əməliyyat keçiriblər. 
Bir müddət əvvəl Taliban lideri Mövləvi Əbdülsalam Hənəfi Moskvada Əfqanıstanla bağlı forumda bəyan etmişdi ki, ABŞ danışıqlar prosesində talibançılara aprelə qədər qoşunlarının yarısını ölkədən çıxaracağını vəd edib. Ancaq Vaşinqton bunu təkzib edir.
ABŞ Dövlət Departamentinin nümayəndəsi RİA “Novosti”yə bildirib ki, ölkəsi Əfqanıstandakı hərbi kontingentinin azaldılması ilə bağlı konkret müddət barədə razılaşma əldə etməyib. 
Xatırladaq ki, ABŞ qoşunları 2001-ci ildən Əfqanıstandadır və burada Talibana və İŞİD-ə qarşı əməliyyatlar keçirir. Son zamanlar talibançılarla danışıq aparılır, bunu Pentaqonda ümidverici hesab edirlər. Yanvarın axırlarında Prezident Donald Tramp bəyan edib ki, əgər ölkədə vəziyyətin nizamlanması ilə bağlı razılaşma əldə olunarsa, qoşunları Əfqanıstandan çıxarmağa hazırdır. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

11 2019 22:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə