Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-da prezidentliyə qadın namizədlərin sayı artır

ABŞ-da prezidentliyə qadın namizədlərin sayı artır

ABŞ-da beşinci qadın – Minnesota ştatından olan senator Emi Klobuşar 2020-ci ildə prezidentliyə namizəd olacağını elan edib. Bu barədə BBC telekanalı məlumat yayıb.
Mənbə qeyd edir ki, Demokratlar Partiyasının üzvü olan 58 yaşlı senator Elizabet Uorren, Kamala Harris, Tulsi Qabbard və Kirsten Gillibranddan sonra növbəti prezident seçkilərində iştirak etmək istəyən beşinci qadındır.
Senator Emi Klobuşar əmək fəaliyyətinə özəl şirkətdə hüquq məsləhətçisi kimi başlayıb, 1998-ci ildə Minnesota ştatının baş prokuroru olub. O, doqquz il sonra həmin ştatdan Senata üzv seçilib. Emi Klobuşar insanlarla xoş rəftarına görə “pambıq şəkəri ledisi” ləqəbi ilə çağırılır. O, 2001-ci ildə ABŞ-da “İlin vəkili” seçilib.

 

Mahmud QƏRİBOV, 
“Xalq qəzeti”

11 2019 22:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin