Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Latviyada hərbi təlimlər keçiriləcək

Latviyada hərbi təlimlər keçiriləcək

Latviyada bir neçə min əsgərin iştirakı ilə hərbi təlimlər keçirilməsi nəzərdə tutulur. “Anadolu” agentliyinin məlumatına görə, hərbi təlimlərin bu ilin aprel-may aylarında keçirilməsi planlaşdırılır.
 Agentliyin Latviya Müdafiə Nazirliyinin məlumatına istinadən yaydığı xəbərdə qeyd edilir ki, aprelin 12-dən mayın 5-dək Latviyada bu ölkənin Milli Silahlı Qüvvələrinin və xarici ölkələrin silahlı qüvvələrinin “Furious Hammer” adlı birgə taktiki səhra hərbi təlimləri keçiriləcək. Təlimlərdə Estoniyanın hərbi qulluqçuları və NATO-nun Böyük Britaniya, Fransa və Danimarkadan olan döyüş qrupunun Estoniyada yerləşdirilmiş nümayəndələri iştirak edəcəklər.
Mayın 13-dən 25-dək keçiriləcək “Summer Shield XVI” adlı hərbi təlimlərdə isə müxtəlif taktiki əməliyyatların planlaşdırılması və idarə edilməsi qaydaları təcrübədən keçiriləcək. Təlimlərdə Latviya Silahlı Qüvvələrinin və Kanada başda olmaqla NATO-nun döyüş qrupu bölmələri, habelə ABŞ hərbi qulluqçuları iştirak edəcəklər.
İyunun 26-dan iyulun 9-dək Latviya ordusunun və digər dövlətlərin silahlı qüvvələrinin “Jef (M) 19 Amphibex” birgə hərbi təlimlərində dənizə desant çıxarılması vərdişləri təkmilləşdiriləcək. Bu təlimlərdə İsveç, Finlandiya və NATO-ya üzv dövlətlərin hərbi qulluqçuları iştirak edəcəklər.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

11 2019 22:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Aprel 2019 | 22:01
YANĞIN

Ən son xəbərləri səhifəmizdən də izləyin