Ən son xəbərlər
Polşa ABŞ-dan HIMARS raket qurğuları alacaq. Bu barədə ölkənin müdafiə naziri Mariuş Blaşak açıqlama verib. O deyib: “ABŞ-la HIMARS sistemlərinin alınmasına dair müqavilə imzalayacağıq. 20 buraxılış qurğusundan ibarət sistemin dəyəri 414 milyon dollar təşkil edəcək. Bu, yaxşı qiymətdir”.
Məlumatı TASS yayıb.
Hazırladı:
Elçin ABBASOV,
“Xalq qəzeti”
Ən son xəbərləri səhifəmizdən də izləyin