Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Mətbuat Şurasının illik iclası keçirilib

Azərbaycan Mətbuat Şurasının illik iclası keçirilib

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin illik iclasında ölkə mediasının həllivacib məsəllələri müzakirə edilib, qurumun son 1 illik fəaliyyətinə yekun vurulub.

Toplantını giriş sözü ilə açan AMŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə məlumat verib.

Əvvəl çap mediasının gündəmdə olan, narahatlıq doğuran məsələləri nəzərdən keçirilib. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərin maliyyələşməsi üçün şərtləri dəyişdirməsindən sonra yaranmış durum ətraflı müzakirə edilib. Bildirilib ki, KİVDF-nin maliyyələşmə şərtlərində dəyişiklər etməsi yeni dövrün tələbindən irəli gələn zərurətdir. Əsas məqsədlərdən biri maliyyələşəcək qəzetlərin sayını azaltmaq deyil, daha keyfiyyətli qəzetçiliyə dəstək olmaqdır. Müzakirə zamanı yeni şəraitdə qəzetlərin lazımi maliyyə dəstəyi ala bilməsi üçün əlverişli şərait yaradılması ilə bağlı təkliflər səslənib.

Daha sonra qeyd edilib ki, mediaya dövlət dəstəyi məsələsində önəmli məqamlardan biri də onlayn KİV-lərin maliyyələşməsidir. Bununla bağlı qarşıda duran başlıca vəzifələrdən biri internet medianın hüquqi münasibətlər sistemində özünə mötəbər yer tutmasıdır.

Müzakirələrdə ölkədə qəzet yayımının yaxşılaşdırılması, çap mediasının reklam gəlirlərinin artırılması, qəzet kağızının əlavə dəyər vergisindən azad edilməsində yaranmış durum kimi məsələlər də diqqət mərkəzində olub, bu çətinliklərin aradan qaldırılması ilə bağlı təkliflər nəzərdən keçirilib. İdarə Heyətinin üzvləri göstərilən məsələləri həll etmək üçün AMŞ-nin müvafiq qurumlara müraciət ünvanlamasının vacibliyini vurğulayıblar. Mövcud istiqamətdəki fəaliyyətin koordinasiya edilməsi üçün mövcud işçi qrupunun fəaliyyətinin gücləndirilməsi barədə qərar qəbul edilib. 

İclasda müzakirə edilən ikinci məsələ Mətbuat Şurasının 2018-ci ildə gördüyü işlərə dair hesabatı olub. Məlumat verilib ki, AMŞ-yə 2018-ci ildə 700 müraciət daxil olub. Bunun 478-i şikayət mahiyyəti daşıyır. Digər 222 müraciətin 70-i dövlət proqram və tədbirlər planlarının icrasına aiddir. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması barədə 100, fəxri adlar və  dövlət təltifləri ilə bağlı 30, sosial məsələlərə aid 18, jurnalist peşəsindəki problemlərin həll edilməsi ilə bağlı 2 müraciət qeydə alınıb.

2018-ci ildə AMŞ-yə daxil olmuş 478 şikayətin 250-i bilavasitə şuranın katibliyində baxılıb. 120 şikayətin müəllifləri ilə izahat xarakterli söhbətlər aparılıb, 20 şikayət üzrə tərəflər şuraya dəvət olunub. Katiblikdə qarşılıqlı razılıq əldə edilən məsələyə xitam verilib. Şikayətin 90-na isə şikayətlər üzrə komissiyada baxılıb. Şikayət doğuran materialların təhlili göstərir ki, cavabdeh KİV-lər haqqında yazdığı şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinin qeyri-ciddi yanaşıblar.

İclasda bəzi KİV-lərlə bağlı məhkəmə prosesləri ətrafında da fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Mətbuat Şurası 2018-ci ildə Azərbaycan jurnalistlərinin VII qurultayını keçirib. Qurultayda İdarə Heyəti üzvlərinin sayı 17-dən 23-ə çatdırılıb, yeni heyət formalaşdırılıb.

İclasda müzakirələrdən sonra “Baku Post Media MMC” (bakupost.az) və “XezerNews.az” xəbər portalı AMŞ-yə üzv üzv qəbul edilib. 

AMŞ sədri Əflatun Amaşov Azərbaycan Mətbuat Şurası haqqında qanun layihəsinin hazırlandığını bildirib və hazırda sənəd üzərində ekspertiza işlərinin aparıldığını vurğulayıb. O, məsələ ilə bağlı bu il fəal işlərin görüləcəyini diqqətə çatdırıb.

AMŞ İdarə Heyətinin üzvləri bildiriliblər ki, media orqanlarının fəaliyyətinin peşəkar tələblər çərçivəsində qurulması ciddi önəm daşıyır. Hazırda şura ictimai təşkilat kimi fəaliyyət göstərdiyindən səmərəli iş imkanları məhduddur. Buna görə də onun fəaliyyətini hüquqi cəhətdən tənzimləyən ayrıca qununun olması vacibdir. 

 

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

 

11 2019 22:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Aprel 2019 | 22:01
YANĞIN

Ən son xəbərləri səhifəmizdən də izləyin