Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Veysəloğlu” şirkətlər qrupu “Gələcəyini qur”maq üçün gənclərə kömək edəcək

“Veysəloğlu” şirkətlər qrupu “Gələcəyini qur”maq üçün gənclərə kömək edəcək

“Veysəloğlu” şirkətlər qrupunun nümayəndələri qurumun Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası çərçivəsində dəstək olduğu “Gələcəyini Qur” layihəsinin iştirakçıları ilə görüşüb. Görüşdə seçim turunda fərqlənən və yüksək nəticə göstərən 12 qız və 8 oğlan olmaqla ümumilikdə 20 şagird iştirak edib. Dəyirmi masa ətrafında toplaşan layihə iştirakçıları şirkət nümayəndələri ilə gələcək hədəflərini və planlarını bölüşüblər. Bildirilib ki, həyatda uğur qazanmaq üçün ilk növbədə elmin sirlərinə dərindən yiyələnmək, daima axtarışda olmaq vacibdir. Tədbirin sonunda “Veysəloğlu” şirkəti dəstək olduğu şagirdlərə hədiyyələr təqdim edib.

Qeyd edək ki, “Veysəloğlu” şirkətlər qrupu layihə çərçivəsində Sabunçu rayonunda aztəminatlı ailələrdən olan, yüksək intellektual qabiliyyəti və ali məktəblərdə oxumaq arzusu olan yerli orta məktəb şagirdlərinin hazırlıq kursları ilə təmin edilməsinə dəstək göstərir.

Xatırladaq ki, “Gələcəyini Qur” layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək və töhfə vermək və bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər yetişdirməkdə yardımçı olmaqdır. Layihə çərçivəsində seçilmiş şagirdlər ölkənin aparıcı ali təhsil məktəblərinə qəbul olmaları üçün 1 il ərzində xüsusi hazırlıq kurslarında bilik və bacarıq səviyyələrini yüksəldəcəklər ki, bu yolda da “Veysəloğlu” şirkəti onlara dəstək göstərir.

 

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”

11 2019 17:23 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin