Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məşhur kinodramaturq Maqsud İbrahimbəyovun əsəri tamaşaya qoyulacaq

Məşhur kinodramaturq Maqsud İbrahimbəyovun əsəri tamaşaya qoyulacaq

Beynəlxalq Muğam Mərkəzində məşhur kinodramaturq, rejissor Maqsud İbrahimbəyovun əsəri tamaşaya qoyulacaq.Fevral ayının 18-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetinin “Teatr sənəti” fakültəsinin tələbələrinin iştirakı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar İncəsənət xadimi, kinodramaturq, rejissor Maqsud İbrahimbəyovun “Kərgədan buynuzu” əsərinin motivləri əsasında (rus dilində) tamaşa nümayiş olunacaq.

Maqsud İbrahimbəyovun eyni adlı əsəri əsasında hazırlanan tamaşada Əməkdar artist Maqsud Məmmədov və dram rejissoru ixtisası üzrə rus bölməsinin tələbələri Mir Qabil Əkbərov, Yuri Omelçenko, Milanа Sokolenko, Zaur Terequlov, Elnur Rzayev və başqaları iştirak edəcəklər.

Layihənin rəhbəri, professor Fəridə Səfiyeva, kurs rəhbərləri - Xalq artisti, professor Cənnət Səlimova və Əməkdar artist Sona Mikayilovadır.

 

“Xalq qəzeti”

11 2019 17:18 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
15 Fevral 2019 | 16:49
Cəlil Məmmədquluzadə – 150

Ən son xəbərləri səhifəmizdən də izləyin