Ən son xəbərlər

Son buraxılış
Arxiv

NAYORA təmsilçisi Əskişəhərdə layihə ilə bağlı görüşlərdə iştirak edib

NAYORA təmsilçisi Əskişəhərdə layihə ilə bağlı görüşlərdə iştirak edib

Türkiyə Respublikasının Eskişehir şəhərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) 2018-ci ildə Avropa Komissiyası tərəfindən maliyyələşdirilmiş Erasmus+ proqramının qrant müsabiqəsinin qalibi   “Start it UP, Keep it UP” layihəsinin tərəfdaşlarından olan “Eskişehir Gelişim Derneği”-nin təşkilatçılığı ilə  layihə ilə bağlı  görüşü  olub.  2020-ci ilin sonuna qədər davam edəcək layihənin əsas məqsədi gəncləri sosial sahibkarlıq sahəsində iştiraka həvəsləndirmək və maarifləndirməkdir. Bu barədə NAYORA-dan məlumat verilib.

Layihə çərçivəsində aşağıda qeyd edilmiş 6 tərəfdaş ölkə və təşkilat iştirak edir:

Azərbaycan – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Türkiyə --Eskişehir Gelişim Derneği, Yunanıstan – You İn Europe, Bolqarıstan – Association Alternativi International, Latviya – Regionalas attistibas un socialo iniciativu organizacija “Perspektiva” və Xorvatiya – Institut Za Poticanje Mladih.

Planlaşdırma görüşü ilə başlayan layihə çərçivəsində  Xorvatiya, Yunanıstan və Latviyada 3 təlim kursu, Azərbaycanda Sosial Sahibkarlıq Forumu nəzərdə tutulur və   sonda Bolqarıstanda yekun hesabat görüşü planlaşdırılır.

Avropada cəmiyyətin problemlərinin həllinə yönəldilmiş layihənin əsas hədəflərindən biri gəncləri sosial yönümlü “Start-Up”-lar vasitəsilə mühüm dəyişiklər etməyə həvəsləndirmək, digər hədəfləri isə gənc sosial sahibkarları və sahibkar olmaq istəyən gəncləri lazımi bacarıqları, bilikləri və vəsaitləri təmin etməklə onların potensialının artırılması, işsizliyin azaldılmasında və daha yaxşı bir mühit yaratması üçün sosial sahibkarlığın təsirinin qiymətləndirilməsi və müzakirəsinin təşkil edilməsi və gənclərin öz sosial “Start-Up”-larını yaratmaq üçün imkanlar və vasitələrlə təmin edilməsindən ibarətdir.

Layihə iştirakçıları olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA)  sədri Məryəm Məcidova, NAYORA-nın Beynəlxalq Əlaqələr üzrə katibi Aydın Mehdiyev və tərəfdaş təşkilatların nümayəndələri Eskişehir şəhəri, Tepebaşı bələdiyyəsinin Sosial Sahibkarlıq İnkubasiya Mərkəzini ziyarət edib və Mərkəzin direktoru ilə görüşüblər. Görüş zamanı Eskişehir şəhərində yaradılan “Start-Up”  haqqında və Sosial Sahibkarlıq İnkubasiya Mərkəzi haqqında məlumat əldə edilib və  “Start it UP, Keep it UP” layihəsinin Eskişehir şəhərində verəcəyi töfhə ilə bağlı müzakirə aparılıb.

Layihə ilə bağlı görüşlər Eskişehir şəhəri, Tepebaşı bələdiyyəsinin Gənclər

Mərkəzində baş tutub  və  qonaqlara Gənclər Mərkəzi haqqında ətraflı məlumat verilib. Görüşlər ərzində gələcək fəaliyyət planları bir daha nəzərdən keçirilib və 6 tərəfdaş təşkilatın öz ölkələrində yaradacaqları Sosial Sahibkarlıq Mərkəzləri barədə geniş müzakirələr olub.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

11 2019 17:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin