Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda ilk dəfə süni ürək implantasiyası uğurla gerçəkləşdirildi

Azərbaycanda ilk dəfə  süni ürək implantasiyası uğurla gerçəkləşdirildi

Bu il fevralın 3-də Respublika Müalicəvi Diaqnostika Mərkəzinə ağır ürək və ağciyər çatışmazlığı diaqnozu qəbul edilmiş xəstənin orqanizmində yüksək ixtisaslı ürək-damar cərrahı Anar Əmrah və komandası ölkəmizdə ilk dəfə çəkisi 160 qram olan dünyanın ən kiçik süni ürəyinin implantasiyasını uğurla həyata keçirmişdlər.

Səhiyyə Nazirliyinin bu nadir kardiocərrahiyə əməliyyatı ilə bağlı ölkə KİV-inə verdiyi  məlumatda deyilir: "Azərbaycanda və bir sıra xarici ölkələrdə dəfələrlə müalicə alan və ağır vəziyyətdə olan 55 yaşlı xəstə, nəhayət, Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edib. Kardioloqlar Abbasəli Abbasəliyev və Şahin Xəlilov maksimal tibbi müayinə apardıqdan sonra ürək-damar cərrahı Anar Əmrah və kardioloqlar qrupu qərara gəliblər  ki, xəstənin yeganə nicatı ona süni ürək implantasiyasındadır. Əməliyyat uğurla həyata keçirilib. Bu cihaz döş qəfəsində ürəyin zirvəsinə cərrahiyyə yolu ilə yerləşdirilib. Süni ürək xəstənin ehtiyacına uyğun olaraq, dəqiqədə 8--10 litrə qədər qanı onun bütün orqanlara ötürə bilir".

Təcrübən məlumdur ki, süni ürək implantasiyası olunmuş xəstələr sağlam insanlar kimi əməliyyatdan sonra normal həyat tərzinə dönür, fəaliyyətlərini dvam etdirirlər.

 

Tahir AYDINOĞLU,
"
Xalq qəzeti”

11 2019 16:57 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin