Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2 Azərbaycan məktəblisi Avropa karate çempionatının qalibi olmuşdur

2 Azərbaycan məktəblisi Avropa karate çempionatının qalibi olmuşdur

Bakı Şəhəri üzrə Təhsil İdarəsininin mediaya açıqlamasında bildirilmişdir ki, 14--15 yaşlı məktəblilər arasında Danimarkada keçirilən karate üzrə Avropa çempionatında Azərbaycan paytaxtının147 nömrəli texniki-humanitar liseyinin X sinif şagirdi Tale Yaqubov bütün rəqibləri məğlub edərək I yerə çıxmışdır. Avropa çempionu adını qazanan yeniyetmə soydaşımız yarışların qızıl medalı ilə mükafatlandırılmışdır.

Yarışların digər qalibi də həmyerlimiz olmuşdur.187 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əminağa Quliyev isə 61 kiloqram çəki dərəcəsində 16--17 yaşlılar arasında karate idman üzrə bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. O da təntənəli surətdə münsiflərdən  qızıl medalı qəbul etmişdir.

Müxtəlif yaş dərəcələri üzrə 51 ölkədən 1092 məktəblinin mübarizə apardığı Danimarka çempionatında Azərbaycanın 2 şagirdinin qalib olması ölkəmizdə yeniyetmə idmanının da yaksək səviyyəyə çatdığının sübutudur.

Çempion məktəblilərimizə böyük idmanda da yüksək uğurlar arzulayırıq.

 

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

11 2019 16:55 - İDMAN
İDMAN
15 İyul 2019 | 21:57
Finalçılar bəlli oldu
13 İyul 2019 | 13:07
Rivaldonun açıqlaması
9 İyul 2019 | 23:16
Lopezə görə 30 milyon avro
8 İyul 2019 | 22:12
PSJ heyətini gücləndirir

Köhnə versiyamızdan xəbərləri izlə