Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hərbi hissələrdə andiçmə mərasimi keçirilib

Hərbi hissələrdə andiçmə mərasimi keçirilib

Fevralın 10-da Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyindən aldığımız məlumatda bildirilir ki, bütün qoşun növlərində, hərbi birliklərdə, eləcə də digər təminat hərbi hissələrində təşkil edilmiş mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilərək Dövlət himni ifa edilib və tədbir açıq elan olunub.
Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.

Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, şəhid ailələrinin üzvləri,  yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar, əsgərlərin valideynləri iştirak ediblər.

 

“Xalq qəzeti”

11 2019 16:44 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə