Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azəriqaz” abunəçilərinin sayı 2,2 milyona çatıb

“Azəriqaz” abunəçilərinin sayı 2,2 milyona çatıb

2019-cu ilin yanvar ayı ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 10 479 yeni abonent qeydiyyata alınıb ki, bunun da 4 904-ü Bakı, Abşeron və Sumqayıt, 5 575-i isə regionlar üzrədir.

Birlikdən verilən məlumata görə, yeni abonentlərin sayının artmasının səbəbi abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 195 514-ə çatıb.

 

“Xalq qəzeti”

11 2019 16:36 - İQTİSADİYYAT
İQTİSADİYYAT
13 İyul 2019 | 17:10
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə