Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva Tovuzda gənclər üçün "Siqaretə yox deyək!" adlı tədbir keçirib

Q.Paşayeva Tovuzda gənclər üçün

Tovuz Gənclər Evində Dünya Siqareti Tərgitmə günü münasibətilə uşaqlar üçün "Siqaretə yox deyək!" adlı tədbir keçirilib. Tovuz Gənclər Evinin direktoru Rauf Rüstəmov siqaret çəkmənin zərəri və bununla bağlı gənclər arasında maarifləndirmə işlərinin, bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri  Qənirə Paşayeva çıxış edərək hazırda il ərzində 6 milyona yaxın insanın tütündən, siqaretdən istifadə etdiyinə görə dünyasını dəyişdiyini qeyd edib: “Biz bütün gəncləri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə mübarizəyə səsləyirik və onları bu maarifləndirmə hərəkatının öncülləri görmək istəyirik. Hər bir gəncimiz ilk növbədə özündən, ətrafından başlayaraq tütün məhsullarına qarşı mübarizə aparmalı və gənclərimizin bu zərərli vərdişə tutulmamasına çalışmalıdır. Bu zərərli vərdişə insanlar adətən gənc yaşlarda başlayır və çox hallarda xilas ola bilmirlər”.

Şagirdlər və gənclərlə siqaretin dəhşətli zərərli təsirləri, ondan xilas olmanın heç zaman gec olmaması barədə, sadəcə güclü iradə ilə buna cəhd etmələrinin vacibliyi ilə bağlı danışan Q.Paşayeva bildirib: “Ölkəmizdə də insanlar arasında, xüsusilə gənclər arasında siqaretdən istifadə edənlərin artması hamımızı ciddi narahat etməli və gənclərimizin bu zərərli vərdişə meyillənməməsi istiqamətində səylərimizi daha da artırmalıyıq. Biz gənclərimizin tütün məhsulları, narkomaniya, alkoqolizm kimi zərərli vərdişlərə tutulmamasına çalışmalıyıq”,-- deyən deputat onları bu zərərli vərdişdən xilas olmaq üçün düşünməyə və addım atmağa çağırıb. Siqaretin çəkmənin zərərlərindən danışan milllət vəkili Qənirə Paşayeva bu istiqamətdə maarifləndirmə və ictimai qınağın da önəmini xüsusi vurğulayıb.

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova və şairə Çığatel İsaqızı siqaret çəkmənin zərərlərindən danışaraq bu istiqamətdə uşaqlar və gənclər arasında maarifləndirmə işlərinin aparılmasının, bu kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd ediblər.

Q.Paşayeva tədbirdə iştirak edən gənclərə bütün dünyada bestseller olan və rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB tərəfindən tərcümə edilərək nəşr edilən “Siqareti atmağın asan yolu” kitabını da hədiyyə edib.  Görüş maraqlı söhbətlərlə yadda qalıb və gənclər  zərərli vərdişlərə qarşı mübarizədə daha fəal olmağa, eyni zamanda bu zərəli vərdişdən hər zaman uzaq durmağa çalışacaqlarını deyiblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

11 2019 15:33 -
15 Aprel 2019 | 12:11
Lənkəranda 9 mina tapılıb

Ən son xəbərləri səhifəmizdən də izləyin