Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çində, dünyada ilk sürücüsüz işləyən “5G” avtobusları sınaqdan keçirilib

Çində, dünyada ilk sürücüsüz işləyən “5G” avtobusları sınaqdan keçirilib

Hightech.fm” saytının yaydığı məlumata görə, Çinin Çunsin şəhərində “5G” şəbəkəsi vasitəsilə işləyən sürücüsüz sərnişin avtobusları sınaqdan keçirilib.

Bildirilir ki, “China Mobile”, “Huawei”, “EasyMile” şirkətləri və Çinin Cənub-Şərq Universitetinin alimləri tərəfindən hazırlanmış sürücüsüz avtobus, hələ ki, 12 sərnişin üçün nəzərdə tutulub.

Avtobus radarlardan istifadə edir, “5G”  vasitəsilə nəzarət məntəqəsilə ani məlumat mübadiləsi həyata keçirir və sürücüsüz hərəkət edir.

Yeni avtobusların texniki xüsusiyyətləri, hələ ki, tam açıqlanmır.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

11 2019 15:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin