Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kənd təsərrüfatı texnikası yeni qaydalarla satılacaq

Kənd təsərrüfatı texnikası yeni qaydalarla satılacaq

Fevralın 15-dən kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanacaq.

Müvafiq texnikanı güzəştli qiymətlərlə təkcə “Aqrolizinq”dən deyil, bütün təchizatçı şirkətlərdən almaq mümkündür.

Texnikanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin 20 faizini ilkin ödəniş olaraq fermer, 40 faizini isə subsidiya (güzəşt) şəklində Aqrar Kredit və İnkişaf Agentliyi ödəyəcək.

Qiymətin qalan hissəsi müvəkkil banklarda maksimum 5 il müddətinə kredit şəklində rəsmiləşdiriləcək.

Əlavə məlumat üçün Kənd Təsərrüfatı Nazirliyinin “1652” Çağrı Mərkəzinə müraciət etmək olar.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

11 2019 15:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin