Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Şəbəkə”nin fəaliyyətində fərqlənən əməkdaşlar mükafatlandırılıb

“Şəbəkə”nin fəaliyyətində fərqlənən əməkdaşlar mükafatlandırılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Azərpoçt” MMC-nin tərkibində yaradılan “Şəbəkə” xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 2 il keçir. Bu münasibətlə “Şəbəkə”nin rəsmi “facebook” səhifəsində maraqlı müsabiqə keçirilib. Müsabiqədə iştirak edən, mövcud “Şəbəkə” mərkəzlərinin göstərdiyi xidmətlər barədə məlumatlı olan və üç suala doğru cavab yazan ilk beş izləyici qalib elan olunub.

Qaliblər “Şəbəkə”nin ad günündə - yəni, fevralın 10-da xidmət mərkəzinə dəvət olunub, “Azərpoçt” MMC tərəfindən smartfon telefonlarla mükafatlandırılıb. Həmçinin “Şəbəkə”nin fəaliyyətində xüsusi fərqlənən əməkdaşlara “Azərpoçt” MMC-nin baş direktoru Emin Əfəndiyev təşəkkürnamələr təqdim edib.

“Azərpoçt” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Gözəlova bildirib ki, hazırda respublika üzrə 9 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir: "Onlardan 6-sı paytaxt Bakıda - dördü Yasamal və Binəqədi, digər ikisi isə Səbail və Xəzər rayonlarında yerləşir. Digər xidmət mərkəzləri isə Cəlilabad, Zaqatala və Sumqayıtdadır. Növbəti “Şəbəkə” xidmət mərkəzinin yaxın vaxtlarda açılması planlaşdırılır. Bu xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 8 qurumu tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda cəmləşib.

“Şəbəkə” mərkəzlərinin yaradılmasında əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması və şəffaflığın artırılmasıdır. Bu ilin ötən dövrü ərzində mövcud “Şəbəkə” xidmət mərkəzlərinə iki milyona yaxın vətəndaş müraciət edərək göstərilən müxtəlif xidmətlərdən yararlanıb.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

11 2019 15:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə