Ən son xəbərlər

Son buraxılış
Arxiv

Amerika Rejissorlar Gildiyası ilin ən yaxşılarını açıqlayıb

Amerika Rejissorlar Gildiyası ilin ən yaxşılarını açıqlayıb

ABŞ Prodüserlər Gildiyasının ardınca Amerika Rejissorlar Gildiyası (Directors Guild of America – DGA) da ənənəvi kino mükafatlarını təqdim edib. Fevralın 4-də Beverli-Hillzdə (Kaliforniya ştatı) keçirilən 71-ci mükafatlandırma mərasimində qaliblər elan olunub.

Gildiyanın “Ən yaxşı tammetrajlı film rejissoru” mükafatı meksikalı Alfonso Kuarona “Roma” filminə görə verilib. Ekran əsəri 1970-ci illərdə Meksikada yaşayan sıravi ailənin həyatından bəhs edir.

“Dramatik serial üzrə ən yaxşı rejissor” mükafatına “Vərəsələr” teleşousuna görə Adam Makkey layiq görülüb.

“Ən yaxşı debüt” mükafatı “Səkkizinci sinif” filminə görə Bo Bernə verilib. Film “YouTube”  dövründə böyüyən məktəbli qızlardan bəhs edir.

“Ən yaxşı sənədli film rejissoru” titulunu isə bu dəfə “Üç eyni yabançılar” filminin rejissoru Tim Uorld qazanıb.

Qeyd edək ki, Amerika Rejissorlar Gildiyasının mükafatı 1948-ci ildə təsis edilib, kino və televiziya sahəsində seçilən rejissorlara verilir.

Bu ənənəvi təqdimat eyni zamanda kinematoqrafçıların “Oskar” yolunda son sınağı sayılır.  Qeyd edək ki, Amerika Kino Akademiyasının sayca 91-ci “Oskar” mükafatının təqdimetmə mərasimi fevralın 24-də Los-Anceles şəhərində keçiriləcək.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

11 2019 14:58 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
23 Fevral 2019 | 12:38
“Mirzə Cəlil dühası”

Ən son xəbərləri səhifəmizdən də izləyin