Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Sən bir nəğməsən” adlı xeyriyyə konserti keçirildi

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Sən bir nəğməsən” adlı xeyriyyə konserti keçirildi

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyası yaradıcı gənc və yeniyetmələr ilə bağlı saysız-hesabsız uğurlara imza atıb. Studiyanın yaradıcı heyəti istedadların üzə çıxarılması, onların professional səhnəyə hazırlanması, potensial ifaçı və aktrisalar kimi özlərini təsdiq etmələri üçün növbəti layihəsini reallaşdırır.

“Sən bir nəğməsən” adlı konsert proqramı fevralın 9-nda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirildi.

Aksiyada studiyanın istedadlı vokalçıları ilə yanaşı Azərbaycan estradasının məşhur müğənnilərini də görəcəksiniz. Artıq səhnədə öz sözünü demiş bu ifaçılar balaca davamçıları ilə bir səhnəni bölüşdü  və studiyanın əsas ideyasını  “gələcək uşaqların çiyinlərindədir”  devizini reallaşdırdı.

Zəngin proqramlı konsertdə 19 yaşlı istedadlı soydaşımız Dinara Mahmudova da çıxış edəcək. Vətənində ilk dəfə səhnəyə çıxdı. Bu istedadlı gəncimiz Rusiya və bir sıra Avropa ölkələrində keçirilən vokal müsabiqələrinin laureatı, Praqa Konservatoriyasının klassik vokal üzrə tələbəsidir.

Musiqi gecəsində çıxış edəcək studiya yetirmələri Azərbacan estrada musiqisi inciləri ilə yanaşı dünyaca məşhur hitlərə də müraciət etmişlər.

Onu da qeyd edək ki, xeyriyyə konsertində paytaxtımızda fəaliyyət göstərən uşaq sığınacaqları, azyaşlıların yardım və inteqrasiya mərkəzləri, təşkilat və cəmiyyətlərinin üzvü uşaqlar da iştirak etmişlər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

11 2019 14:54 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin