Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya müdafiə naziri Ankaraya səfərə gəlir

Rusiya müdafiə naziri Ankaraya səfərə gəlir

“Anadolu” agentliyinin yaydığı məlumata görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün Türkiyəyə səfərə gələcək.

Sergey Şoyqunun səfəri Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti əsasında həyata keçiriləcək.

Milli Müdafiə Nazirliyində hərbi mərasimlə qarşılanacaq Şoyqu Akarla görüşəcək.

Müzakirələrdə Soçidə keçiriləcək üçtərəfli zirvə görüşü öncəsi Suriyada baş verən proseslərin, o cümlədən İdlib başda olmaqla bölgədəki son durumun nəzərdən keçirilməsi gözlənilir.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

11 2019 14:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin