Ən son xəbərlər
Silahlılar sutka ərzində Suriyanın Latakiya və Hələb əyalətlərinin yaşayış məntəqələrini atəşə tutublar.
Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəhbəri general-leytenant Sergey Solomatin bildirib ki, İdlib deeskalasiya zonasında sutka ərzində silahlılar Latakiya əyalətinin Kinsibba yaşayış məntəqəsini və Hələb əyalətinin Əl-Hədər yaşayış məntəqəsini atəşə tutublar.
General-leytenant əlavə edib ki, Suriyanın Rakka əyalətinin sakinləri ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya ordusunun ölkədən çıxarılması üçün mitinqlər keçirirlər: "Ötən sutka ərzində Rakka əyalətinin ət-Tabqa yaşayış məntəqəsində mitinqlər təşkil olunub".
Solamatin Suriyada aparılan bərpa işləri barədə də məlumat verib: “Fevralın 1-nə qədər Suriyada 31 min yaşayış evi, 806 məktəb, 136 tibb müəssisəsi bərpa olunaraq istifadəyə verilib”.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə