Ən son xəbərlər
Əfqanıstanın müxtəlif rayonlarında keçirilən əməliyyatlar zamanı sutka ərzində "İŞİD-Xorasan" terror qruplaşmasının və "Taliban" radikal hərəkatının 30 üzvü məhv edilib.
“Khaama Press" agentliyi xəbər verir ki, koalisiyanın Nanqahar əyalətinin Hocani rayonuna endirdiyi hava zərbəsi nəticəsində "İŞİD-Xorasan" qruplaşmasının 2 üzvü məhv edilib. Hilmend əyalətinin Vaşer qəzasında, Bəlx əyalətinin Şamtal qəzasında aparılan analoji əməliyyatlar zamanı daha 7 terrorçu məhv edilib.
Koalisiya qüvvələrinin Qazni əyalətində keçirdiyi reyd zamanı "Taliban"ın 4 üzvü məhv edilib. Əfqanıstanın xüsusi təyinatlı qüvvələrinin həyata keçirdiyi əməliyyat zamanı isə Tarinkot şəhərində 13, Kunar və Paktiya əyalətlərində 4 "Taliban" üzvü məhv edilib.
Əməliyyatlar zamanı təhlükəsizlik qüvvələrinin əməkdaşları və dinc sakinlər arasında ölən və yaralananların olması barədə məlumat verilmir.
"Xalq qəzeti"
Ən son xəbərləri səhifəmizdən də izləyin