Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat: Azərbaycanda aparılan siyasətin mərkəzində insan amili dayanır və bütün səylər vətəndaşların rifahının yüksəlməsinə yönəlib

Deputat: Azərbaycanda aparılan siyasətin mərkəzində insan amili dayanır və bütün səylər vətəndaşların rifahının yüksəlməsinə yönəlib

Prezident İlham Əliyev daim Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə böyük diqqət yetirir. Dövlət başçısı tərəfindən minimum aylıq əməkhaqqının məbləğinin 2019-cu il martın 1-dən 180 manatadək artırılması ilə bağlı imzalanan sərəncam da bu siyasətin davamıdır.

Milli Məclisin deputatı Bəxtiyar Əliyev Trend-ə açıqlamasında  vurğulayıb ki, Prezident İlham Əliyev daim Azərbaycan vətəndaşlarının əməkhaqlarının artırılması, mənzil şəraitinin yaxşılaşdırılması, yeni iş yerlərinin açılması və digər bu kimi məsələlərlə bağlı sərəncamlar imzalayıb: “Minimum əməkhaqqının artırılması ilə bağlı sərəncam bir daha onu göstərir ki, ölkəmizin sürətlə inkişaf edən iqtisadiyyatında ön sırada Azərbaycan vətəndaşının sosial rifahı dayanır və həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan inkişaf edir".

B.Əliyev əlavə edib ki, bu inkişaf Azərbaycan vətəndaşının həm təhlükəsizliyinin təmin edilməsinə,yönəlib.

Qeyd edək ki, minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək.

 

"Xalq qəzeti"

11 2019 14:31 - SİYASƏT
SİYASƏT
11 Aprel 2019 | 16:46
Vyanadan sonrakı çaşqınlıq

Ən son xəbərləri səhifəmizdən də izləyin