Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“DOST” mərkəzlərində övladlığagötürmə ilə bağlı xidmətlər də təqdim olunacaq

“DOST” mərkəzlərində övladlığagötürmə ilə bağlı xidmətlər də təqdim olunacaq

Prezident İlham Əliyevin  10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanına əsasən, övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində  təsdiq edilmiş iş planı əsasında fəaliyyət davam etdirilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan bildiriblər ki, iş planında əksini tapan tədbirlər sırasında yaradılmaqda olan “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərində övladlığagötürmə sahəsində xidmətlərin təqdim olunması da yer alıb. Həmin xidmətlərin göstərilməsi üçün mərkəzlərdə sosial işçilər fəaliyyət göstərəcək.

Övladlığagötürmə ilə bağlı xidmətlərin DOST xidmətləri müstəvisində təqdim olunması bu xidmətlərin tam şəffaf və operativ təşkilinə imkan verəcək.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

11 2019 14:24 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin