Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin Beynəlxalq Elm, Mədəniyyət və İdman Dərnəyinin rəhbəri Taner Bozkuş Gəncə Dövlət Universitetində olub

Türkiyənin Beynəlxalq Elm, Mədəniyyət və İdman Dərnəyinin rəhbəri Taner Bozkuş Gəncə Dövlət Universitetində olub

Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən bildiriblər ki, rektor, professor Yusif Yusibov Gəncə Dövlət Universitetinin yaranma tarixi, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri barədə Taner Bozkuşa ətraflı məlumat verib. O, Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi əlaqələrin, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.

 Milli Məclisin deputatı, gənclər və idman komitəsinin üzvü Naqif Həmzəyev ölkələrimiz arasında qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsini qeyd edib, həyata keçirilən birgə layihələrdən danışıb.

Taner Bozkuş Gəncə Dövlət Universitetinin Türkiyə universitetləri ilə əlaqələrini yüksək qiymətləndirərək, yeni proqram və layihələrin həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Qonaq 2019-cu il iyunun 18-22-də Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçiriləcək Beynəlxalq Elm, Mədəniyyət və İdman Konfransı haqqında ətraflı məlumat verib, əməkdaşlıqdan məmnun olduğunu diqqətə çatdırıb.

Taner Bozkuşun Gəncə Dövlət Universitetinin prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə ilə görüşündə isə gələcək əməkdaşlığın daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Sonra qonaq Gəncə Dövlət Universiteti və burada yaradılan Nuru Paşa adına kitabxana ilə yaxından tanış olub.

 

Hamlet Qasımov, 
"
Xalq qəzeti"nin bölgə müxbiri

11 2019 12:34 - TƏHSİL
TƏHSİL

Ən son xəbərləri səhifəmizdən də izləyin