Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan "Prodekspo-2019" sərgisində bu yerli məhsullar təqdim edir

Azərbaycan

Azərbaycan "Prodekspo-2019" sərgisində milli məhsulların geniş spektrini təqdim edir.

Sərginin baş sponsoru olan Azərbaycan "Made in Azerbaijan" stendi ilə təmsil olunur.

Ekspozisiyada təzə kənd təsərrüfatı məhsulları, konservlər, təbii mineral sular, müxtəlif alkoqollu və alkoqolsuz içkilər, çay, qoz, fındıq, quru meyvələr, qənnadı malları və s. təklif edən 31 şirkət təmsil olunub.

Azərbaycan öz məhsullarını iki stenddə nümayiş edir. Onlardan biri "Spirtli içkilər. Şərab. Pivə" salonundakı milli stenddir. Burada sərgi iştirakçıları Azərbaycanın qədim şərabçılıq ənənələri ilə tanış ola biləcəklər.Sərgi fevralın 15-dək davam edəcək.

Qeyd edək ki, "Prodekspo" Rusiya və Şərqi Avropada hər il keçirilən iri ərzaq məhsulları sərgisidir.

 

“Xalq qəzeti”

11 2019 12:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin