Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İran İslam Respublikasının Prezidenti zati-aliləri cənab Həsən Ruhaniyə

İran İslam Respublikasının Prezidenti zati-aliləri cənab Həsən Ruhaniyə

Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi  yetirirəm. 
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlər tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Əminəm ki, ikitərəfli əlaqələrimiz, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və genişlənəcəkdir.  
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.  
Hörmətlə,

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 fevral 2019-cu il

9 2019 23:09 - MƏKTUBLAR
MƏKTUBLAR

Ən son xəbərləri səhifəmizdən də izləyin