Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət başçısının humanist addımı

Dövlət başçısının humanist addımı

Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləğinin 2019-cu il martın 1-dən 50 manat (38,4 faiz) artırılaraq 130 manatdan 180 manata çatdırılması ölkə əhalisinin bütün təbəqələri arasında dərin razılıq hissi ilə qarşılanıb. Bu barədə söz düşəndə Milli Məclisin deputatı Tahir Rzayev dedi: 
– Dövlətimizin başçısının bu humanist addımını ürəkdən alqışlayıram. Hesab edirəm ki, bu addım möhtərəm ­Prezidentimizin xalqa sonsuz diqqət və qayğısının növbəti təzahürüdür. 
Bir məqamı xüsusi vurğulamaq istəyirəm. Sərəncamın əhatə dairəsi kifayət qədər genişdir. Belə ki, ölkəmizdə minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım özünü göstərəcək. Bunlar kifayət qədər böyük rəqəmlərdir. 
Bəli, Azərbaycan iqtidarı xalqın maraqlarına xidmət edən ədalətli, sosialyönümlü siyasət aparır. Ölkə vətəndaşları bunu hiss edir, görür və yüksək qiymətləndirirlər. Onlar dövlət başçısının müdrik siyasətini birmənalı olaraq dəstəkləyirlər. 
Bu gün Azərbaycanda dövlətlə xalq arasında sarsılmaz birlik mövcuddur. Nə qədər ki, Azərbaycan dövləti inkişaf edir, resursları, vəsaitləri artır, vətəndaşlarımızın sosial rifahı daha da yaxşılaşacaq.
Təqdirəlayiq haldır ki, Azərbaycan dövlətinin sosial siyasəti davamlı və sistemlidir. Cənab İlham Əliyev bundan əvvəl pensiyaların artırılması, şəhid ailələrinə müavinətlərin verilməsi ilə bağlı sərəncamlar imzaladı. Bir daha qeyd edirəm ki, bütün bunlar dövlət başçısının vətəndaşlara verdiyi dəyərin bir formasıdır.

Söhbəti qələmə aldı:
M.HACIXANLI,
“Xalq qəzeti” 

9 2019 23:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə