Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət siyasətinin əsas qayəsi

Dövlət siyasətinin əsas qayəsi

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun başlıca istiqamətlərindən biri əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına nail olmaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən siyasi kursun mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr sərəncamında dəyişiklik edilməsi barədə” 8 fevral 2019-cu il tarixli və 07.02.2019-cu il tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncamları buna bariz nümunədir.
Fevralın 8-də imzalanmış sərəncamla 2019-cu il mart ayının 1-dən Azərbaycanda minimum aylıq əməkhaqqının məbləğinin 50 manat artırılaraq 180 manata çatdırılması nəzərdə tutulmuşdur. Bu, minumum əməkhaqqının hazırkı məbləğindən (130 manat) 38,4 faiz çoxdur. Bu ­artımla respublikamızda minimum aylıq əməkhaqqının ölkə üzrə müəyyən edilmiş yaşayış minimumuna (180 manat) çatdırılmasına nail olunmuşdur. Hesablamalara görə, minimum əməkhaqqının artırılması respublika üzrə 600 minədək işçini əhatə edəcəkdir. 
Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 7 fevral 2019-cu il tarixli sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2018-ci il üzrə respublikada orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalının indeksləşdirilməsini təmin edir. Bu artım ümumilikdə 1318,4 min əmək pensiyaçısına şamil ediləcəkdir.

Rauf Əliyev, 
Milli Məclisin əmək və sosial siyasət komitəsi sədrinin müavini 

9 2019 23:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Oktyabr 2019 | 17:17
Honqkonqda Ukrayna elementi
19 Oktyabr 2019 | 12:11
Azərbaycan Bayrağı

Köhnə versiyamızdan xəbərləri izlə