Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətəndaşların güzəranının daha da yaxşılaşdırılması diqqət mərkəzindədir

Vətəndaşların güzəranının daha da yaxşılaşdırılması diqqət mərkəzindədir

Prezident İlham Əliyev tərəfindən minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırılması Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşmasına böyük töhfə verəcək. Bu sərəncam dövlət sektorunda çalışan 600 min insanı əhatə edəcək. Digər mühüm məsələ odur ki, bu sərəncam dövlət sektoru ilə yanaşı, özəl sektorda da xeyli sayda insanın əməkhaqının artmasına səbəb olacaq. 
Bu sərəncam dövlət başçısının Azərbaycan vətəndaşlarına olan diqqətinin bariz nümunəsidir. Bu kimi tədbirlər bir daha sübut edir ki, ölkədə aparılan siyasət sosial- yönümlüdür, vətəndaşların rifahının yüksəldilməsinə, sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb. Nə qədər ki, Azərbaycan dövləti inkişaf edir, resursları, vəsaitləri artır, bu, birbaşa vətəndaşlarımızın sosial rifahının yaxşılaşmasına təsir edir. Azərbaycan dövlətinin sosial siyasəti davamlı və sistemlidir. Prezidentimiz bundan əvvəl pensiyaların artırılması, şəhid ailələrinə müavinətlərin verilməsi ilə bağlı sərəncamlar imzaladı. Bütün bunlar Prezident İlham Əliyevin vətəndaşlarımıza verdiyi dəyərin növbəti bariz nümunəsidir.

Aydın HÜSEYNOV, 
Milli Məclisin deputatı

9 2019 22:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin