Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addım

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addım

Azərbaycan Prezidenti tərəfindən minimum aylıq əməkhaqqının məbləğinin ­2019-cu il martın 1-dən 180 manatadək artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox mühüm addımdır. Bu barədə Trendə Milli Məclisin deputatı Musa Quliyev bildirib.
Deputat qeyd edib ki, yaşayış minimumu ilə minimum əməkhaqqı arasında həmişə fərq olub: “Dünya dövlətlərinin çoxunda da bu fərq var. Lakin bu fərqin aradan qaldırılması ilə dövlət sektorunda çalışan çox sayda işçilərin maaşı qalxacaq, eyni zamanda, özəl sektorda çalışanların əməkhaqlarında buna uyğun artımlar olacaq. Bu da əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yoxsulluq səviyyəsinin aşağı salınması istiqamətində çox böyük addımdır”.
M.Quliyev vurğulayıb ki, dövlət başçısının müvafiq sərəncamı əhalinin bütün qruplarının yaşayış səviyyəsinin yüksəlməsinə səbəb olacaq.

 

9 2019 22:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin