Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çavuşoğlu BMT-yə Qaşıqçının qətli ilə bağlı çağırış etdi

Çavuşoğlu BMT-yə Qaşıqçının qətli ilə bağlı çağırış etdi

“BMT Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı araşdırma aparmağa başlamalıdır”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada jurnalistlərlə görüşü zamanı BMT-nin məsələ ilə bağlı məruzəçisinin Türkiyədə keçirdiyi görüşləri və topladığı məlumatları şərh edərkən deyib.
O, bunların rəsmi istintaq olmadığını, həqiqəti aydınlaşdırmaq üçün xüsusi komissiya yaradılmasının zəruriliyini vurğulayıb:
“Qarşıdakı günlərdə bəzi ölkələrlə birlikdə müvafiq müraciət təqdim edəcəyik. Hələlik aydınlaşdırılmayan məsələlər var. Jurnalistin meyitini parçaladıqlarını bilirik, amma bu parçaların harada olduğu bəlli deyil. Bu cinayətin arxasında kimlərin dayandığı və göstərişin kimin tərəfindən verildiyi  barədə Səudiyyə Ərəbistanının konkret bir cavabı yoxdur”.

 

9 2019 22:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə