Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Prezidenti Kurtsu qəbul edəcək

ABŞ Prezidenti Kurtsu qəbul edəcək

ABŞ Prezidenti Donald Tramp fevralın 20-si Ağ evdə Avstriya Respublikasının Federal Kansleri Sebastian Kurtsu qəbul edəcək.
Trendin məlumatına görə, bu barədə S.Kurts öz “Twitter” səhifəsində yazıb.
O, bildirib: “Mən fevralın 20-də Donald Tramp ilə Ağ evdə keçiriləcək işgüzar danışıqlara görə şadam. ABŞ böyük dövlətdir və bizim ikinci ən vacib ticarət tərəfdaşımızdır. Ona görə də biz ABŞ ilə maksimum dərəcədə yaxşı və sıx münasibətlərdə həmişə çox maraqlıyıq”.
Kansler əlavə edib ki, Avstriya, həmçinin Avropa İttifaqının ABŞ və Avropa arasında mümkün ticarət müharibəsinin qarşısını almağa yönəldilmiş səylərini dəstəkləyir.

9 2019 22:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə