Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hillari Klinton: Trampın bu qərarı Putinə hədiyyədir

Hillari Klinton: Trampın bu qərarı Putinə hədiyyədir

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Prezident Donald Trampın orta və yaxın məsafəli raketlərin ləğv edilməsi barədə sazişdən çıxmaq qərarını tənqid edib.
Xanım Klinton bu barədə Vaşinqtonda ­Corctaun Universitetində çıxış edərkən deyib.
Bəyan edib ki, dünyaya hazırda silahlanma yarışı lazım deyil:
“Tramp Administrasiyasının bu qərarı Rusiya Prezidenti Vladimir Putin üçün hədiyyədir. Çünki bu qərar Moskvaya Vaşinqtonun ardınca həmin sazişdən çıxmağa imkan yaradıb”.
H.Klinton əlavə edib ki, bu sazişlə bağlı ABŞ və Rusiya arasındakı fikir ayrılıqları regionda gərginliyi artıracaq.

“Xalq qəzeti”

9 2019 22:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə