Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Mixail Avaqyan gürcülərə qarşı döyüşən hərbi cinayətkar olub”

 “Mixail Avaqyan gürcülərə qarşı döyüşən hərbi cinayətkar olub”

Mixail Avaqyan Abxaziyada gürcülərə qarşı döyüşüb, hərbi cinayətkar olub. Ona Gürcüstanda qoyulan büst götürülməlidir... 
Bu fikirləri M.Avaqyanın büstünə qarşı keçirilmiş etiraz aksiyasında iştirak edən  müharibə veteranı Vaxtanq Corcikia jurnalistlərə açıqlamasında deyib.
Veteranın sözlərinə görə, Abxaziyada ermənilərdən ibarət Baqramyan adına batalyon etnik təmizləmə keçirib və dinc sakinlərə qarşı ağlasığmaz vəhşiliklər törədib: “Batalyon üzvləri hətta   kənddə təkərlərə od vuraraq bir ailənin üzvləri olan qadın və uşaqları diri-diri yandırıblar. Bu barədə materiallar da var”.
V.Corcikia bildirib ki, M.Avaqyana büstün qoyulması qanunsuzdur. Abidənin qoyulması barədə mərkəzi hakimiyyət məlumatlandırılmayıb. Büstün qoyulmasını şəxsi təşəbbüs adlandırırlar. Lakin istənilən halda abidə qeyri-qanuni qoyulub və mütləq götürülməlidir”.
Müharibə veteranı büstün mütləq götürüləcəyini vurğulayıb: “Çünki hakimiyyət bu məsələyə loyal qala bilməz. Bu, dövlətə  meydan oxumaqdır. Gürcüstan ictimaiyyəti də büstün ucaldılmasını təxribat sayır. Bu addımın məqsədi Gürcüstan və Azərbaycanın arasını vurmaq, respublikamızda yaşayan millətləri qarşı-qarşıya qoymaq və qeyri-sabitlik yaratmaqdır”.   

“Xalq qəzeti”

9 2019 22:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin