Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zərdab Rayon Mərkəzi Xəstəxanası aşağıdakı lotlar üzrə AÇIQ TENDER ELAN EDİR

Zərdab Rayon Mərkəzi Xəstəxanası aşağıdakı lotlar üzrə AÇIQ TENDER ELAN EDİR

Tender 3 (üç) lot üzrə keçirilir.
Lot- 1. Bərk inventarların ­satınalınması.
Lot-2. Avadanlıqların ­satınalınması. 
 Lot-3. Digər maşın və avadanlıqların satınalınması.
 Tenderdə iştirak etmək üçün iddiaçılar lot-1, lot-2 və lot-3-ün hər birinə 100 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən bank hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Zərdab rayonu, Azərbaycan küçəsi 49 nömrəli ünvanda yerləşən Zərdab Rayon Mərkəzi Xəstəxanasından ala bilərlər. 
Əlaqələndirici şəxs - Teymurova Xavər Nuru qızı, əlaqə telefonu - (050) 785-86-96.
İddiaçılar iştirak haqlarını aşağıdakı hesaba köçürməlidirlər.
H/h-AZ80AİİB 320510194446002014
VÖEN - 5300060531
Bank -“Kapital Bank” ASC-nin Zərdab filialı
Kod- 20468
VÖEN-9900003611
M/h- AZ37NABZ 01350100000000001944
S.W.I.F.T. BİK AİİBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
– tenderdə iştirak etmək üçün ərizə; 
– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; 
– tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); 
– tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır); 
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış; 
– iddiaçının son iki ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; 
– iddiaçının son iki il ərzində maliyyə vəziyyəti (dövriyyəsi) haqqında bank arayışı; 
– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri və mənfəət vergisinin bəyənnaməsi; 
– iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatının vacibliyi.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az). 
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 1 aprel 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 9 aprel 2019-cu il saat ­17.00-a qədər Zərdab rayonu, Azərbaycan küçəsi 49 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 10 aprel ­2019-cu il saat 16.00-da Zərdab rayonu, Azərbaycan küçəsi 49  nömrəli ünvanda yerləşən Zərdab Rayon Mərkəzi Xəstəxanasında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

10 2019 02:35 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
19 Aprel 2019 | 00:06
B İ L D İ R İ Ş
19 Aprel 2019 | 00:05
B İ L D İ R İ Ş
19 Aprel 2019 | 00:04
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin