Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Böyük və Kiçik Qafqaza səyahət edənlərin nəzərinə çatdırırıq ki, fevralın 9-10-da bu bölgədə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 4-8, dağlıq rayonlarda 0-4 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 6-9, dağlıq rayonlarda 4-6 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Fevralın 10-da gündüz hava əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 7-10 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Fevralın 10-da gündüz hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 5-9 dərəcə isti təşkil edəcək. 

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, yaxın iki gündə buludlu hava üstünlük təşkil edəcək, bəzi yerlərdə yağış yağacağı, fevralın 09-da gündüz tədricən kəsiləcəyi, fevralın 10-da səhər və axşam bəzi yerlərdə çiskin olacağı gözlənilir. Arabir güclənən mülayim şimal-qərb küləyi fevralın 10-da şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 6-9 dərəcə isti təşkil edəcək.                                                               

9 2019 16:32 - EKOLOGİYA
EKOLOGİYA
2 Noyabr 2019 | 16:48
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə