Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Berlində beynəlxalq kinofestival başladı

Berlində beynəlxalq kinofestival başladı

Fevralın 7-də Almaniyanın paytaxtında 69-cu Berlin Beynəlxalq Kinofestivalı (Berlinale) başladı.

"İnterfaks"a xəbər verir ki, bu il Berlinalenin əsas proqramına 25 ölkədən 23 film daxildir. Onlar arasında Fransua Ozon, Aqnyoşka Holland, Fatih Akın, Çjan İmou, Anyes Vard, Yuval Adler və başqalarının filmləri  var.

Festival danimarkalı rejissor Lone Şerfiqin "Yadların yaxşılığı" filmi ilə başlayacaq.

Qeyd edək ki, Berlinale Kann və Venesiya festivalları ilə birlikdə dünyanın ən nüfuzlu film festivallarından sayılır. O, 1951-ci ildən keçirilir. Onun əsas mükafatı "Qızıl ayı"dır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

9 2019 12:33 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə