Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropanın ən çox maaş alan futbolçuları

Avropanın ən çox maaş alan futbolçuları

Avropanın 5 aparıcı çempionatında çıxış edən ən yüksək ödənişli 10 futbolçunun siyahısı açıqlanıb. Fransanın "L'Équipe" nəşrinin hazırladığı siyahıda vergilər tutulmadan öncə oyunçuların aldığı aylıq əmək haqqı göstərilib. 

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi siyahıda ilk pillədə yer alıb. Argentinalı hücumçu bir ay ərzində 8,3 milyon avro qazanır.
İkinci sırada 4,7 milyon avro ilə "Yuventus"un portuqaliyalı oyunçusu Kriştianu Ronaldu, üçüncü yerdə isə 3,3 milyon avro ilə İspaniya "Atletiko"sunun forvardı Antuan Qrizman qərarlaşıb.
Siyahıda növbəti yerlərdə müvafiq olaraq Neymar 3,06 (PSJ, Fransa), Luis Suarez 2,9 ("Barselona", İspaniya), Qaret Beyl 2,5 ("Real Madrid", İspaniya), Filippe Koutinyo 2,3 ("Barselona", İspaniya), Aleksis Sançes 2,28 ("Mançester Yunayted", İngiltərə), Kilian Mbappe 1,73 (PSJ, Fransa) və Mesut Özil 1,6 ("Arsenal", İngiltərə) gəlirlə yer alıblar. 

Rövşən ATAKİŞİYEV,
 “Xalq qəzeti”

8 2019 21:43 - İDMAN
İDMAN
22 Fevral 2019 | 23:15
Beylin qiyməti açıqlanıb

Ən son xəbərləri səhifəmizdən də izləyin