Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Berlin Humboldt Universitetinin professoru MEK-də

Berlin Humboldt Universitetinin professoru  MEK-də

34 minlik tələbə heyəti ilə Avropanın ən nüfuzlu elmi mərkəzlərindən biri sayılan Berlin Humboldt Universitetinin professoru Klaudia Luks AMEA-nın Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib. Bu barədə   AMEA Mərkəzi Elmi Kitabxananın    ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib.

Almaniyalı professor kitabxana ilə tanışlığa oxucuların qeydiyyatı hissəsindən başlayıb. K.Luks MEK-in Qeydiyyat şöbəsində kitabxananın e-oxucu kartını əldə edib, e-kataloqdan alman dilində kitab sifariş edərək MEK-in Sərgi salonunda “Heydər Əliyev - 95”,  “İlham Əliyev”, “Məhəmməd Əmin Rəsulzadə - 135” adlı kolleksiyalarla tanış olub. Ekspert Fondların formalaşdırılması, Kataloqlaşdırma və sistemləşdirmə, Komplektləşdirmə, Fondların mühafizəsi bölmələrində, İnformasiya resusrlarına nəzarət və əlaqələndirmə, Rəqəmsallaşdırma şöbələrində, Nadir kitab fondunda və oxu zallarında kitabxananın gündəlik işinin kitabxana proqramında əksi ilə tanış olub.

Almaniyalı professor MEK-in Akademiklər zalında yerləşən Diplomatik fondu da ziyarət edərək, diplomatik nümayəndəliklər tərəfindən MEK-ə təqdim edilmiş kolleksiyların formalaşdırılması qaydaları ilə tanış olub. Qətər Milli Kitabxanası layihəsinin 5 il ərzində direktoru olan professor Klaudia Luks Proqramçılar şöbəsində proqramın məlumat bazasının işlək vəziyyəti ilə bağlı suallar verib, müxtəlif meyarlar ilə sistemdə axtarış aparıb, proqramın bütün komponentlərinin – oxucu, kitab, insan resursları, maliyyə,  sayt, server və başqa modullarının effektiv inteqrasiyasını qeyd edib və kitabxananın kollektivinə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

8 2019 17:59 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin