Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında aksiya keçirib

Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında aksiya keçirib

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf ərazilərinin işğalında, bu ərazilərdə azərbaycanlılara qarşı qətllərin törədilməsində birbaşa iştirak etmiş terrorçu Mixail Avaqyana Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində büst qoyulmasına etiraz əlaməti olaraq azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında aksiya keçiriblər.

Bu barədə Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov açıqlama verib.  O qeyd edib ki, Azərbaycanla Gürcüstan arasında tarixi dostluq əlaqələrinə kölgə salacaq hərəkətlər yolverilməzdir.

Azərbaycan xalqı ən çətin məqamlarda gürcü xalqının yanında olub. Avaqyan gürcü xalqının da düşmənidir. O, Cənubi Osetiyada separatçıların tərəfində gürcülərə qarşı vuruşub. “Baqrationi” batalyonunun ən qəddar döyüşçülərindən biri olub. Əli xalqlarımızın qanına batmış qatilə qoyulmuş abidə dağıdılmalıdır.

Aksiya iştirakçıları olan ağsaqqallar, gənclər, qeyri-hökumət təşkilatları, eyni zamanda, gürcü qardaşlarımız çıxışlarında bildirdilər ki, bu heykəlin qoyulması təxribatdır və sökülməlidir.

 

“Xalq qəzeti”

8 2019 16:58 - SİYASƏT
SİYASƏT
11 Aprel 2019 | 16:46
Vyanadan sonrakı çaşqınlıq

Ən son xəbərləri səhifəmizdən də izləyin