Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Putin, Ərdoğan və Ruhani Soçidə Suriya məsələsini müzakirə edəcəklər

Putin, Ərdoğan və Ruhani Soçidə Suriya məsələsini müzakirə edəcəklər

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib ki, Rusiya, Türkiyə və İran prezidentləri fevralın 14-də Soçi sammitində Suriyadakı vəziyyəti, ABŞ-ın oradan qoşunları çıxarmaq niyyətini, onun doğuracağı siyasi prosesləri müzakirə edəcəklər.

Verşininin sözlərinə görə, sammitin gündəliyində “yerdə”  baş verənlərin təhlili, İdlib məsələsi, sabitliik yaradılması, terrorla mübarizə sahəsində qarşıda duran vəzifələr, üç dövlətin fəaliyyətinin əlaqələndirilməsi  əsas yer tutur.

Nazir müavini əlavə edib ki, münaqişədən sonrakı dövrdə ölkənin inkişafı məsələsi, siyasi proseslər sammitdə ətraflı müzakirə olunacaq.

Ölkəyə humanitar yardım göstərilməsi, qaçqınların doğma ocaqlarına qaytarılması təxirəsalınmaz vəzifələrdir. Bu proseslər gedir, lakin onun gücləndirilməsinə böyük ehtiyac duyulur. Əldə edilən uğurlar möhkəmləndirilməlidir.

 

“Xalq qəzeti”

8 2019 16:47 - SİYASƏT
SİYASƏT
11 Aprel 2019 | 16:46
Vyanadan sonrakı çaşqınlıq

Ən son xəbərləri səhifəmizdən də izləyin